Prezident sarayını bu il xalqa aça bilməyəcək
İndoneziyanın Prezidenti Coko Vidodo Müqəddəs Ramazan bayramı günlərində sosial məsafə qaydalarını nəzərə alaraq xalqa çağırış edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Prezident bayramda sarayda vətəndaşları qəbul edə bilməyəcək.
Məlumat üçün deyək ki, “Açıq qapı” adlanan bu ənənə hər il İndoneziyada insanların səbirsizliklə gözlədiyi və əməl etdiyi tədbirdir. Belə ki, bayram günlərində prezident sarayına gələn yüzlərlə şəxs ölkə lideri və birinci xanımla əl sıxıb sonra sarayda yüngül bir yemək yeyə bilərlər. Keçən il də minlərlə insan Prezidentlə görüşmək üçün növbələrini gözləyib. Gözləyənləri qəlyanaltılar və əyləncə dolu, kondisionerli bir çadırda saray işçiləri qəbul etmişdilər.
Builki pandemiya ilə ənənə evdə oturmaq və ictimai yerlərdə sosial məsafəni qorumaq üçün hökumətin verdiyi tövsiyələrə uyğun gəlmir. Ölkədəki müsəlmanlar məscidlərdə yox, açıq havada və böyük sahələrdə kütləvi bayram namazlarını qılmağa çağırılıb. Onlara məmləkətlərinə və ya kəndlərinə dönməmələri və bayramı internetdə yaxınları ilə birlikdə keçirmələri tövsiyə olunub.
Qeyd edək ki, İndoneziyada ümumilikdə 20162 nəfərdə yoluxma qeydə alınıb.