Ölkədə 30000 məhkum şərti olaraq sərbəst buraxılacaq
İndoneziya COVID-19-la mübarizə üçün 25 milyard dollar vəsait ayırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Joko Vidodo açıqlama verib.
Bütün bölgələrə maliyyə dəstəyinin veriləcəyini bildirən Prezident koronavirusun ölkə iqtisadiyyatına və maliyyə sisteminə təsirini azaltmağı hədəflədiklərini bildirib.
Bununla yanaşı, ölkənin Qanun və İnsan Hüquqları Nazirliyinin sözcüsü Bambanq Viyono yetkinlik yaşına çatmayan məhbuslar da daxil olmaqla, münasib şərtləri qarşılayacaq, təxminən, 30000 məhkumun şərti olaraq sərbəst buraxılacağını vurğulayıb.
İndoneziya Xarici İşlər naziri Retno Marsud isə bütün xarici vətəndaşların ölkəyə giriş və tranzitini müvəqqəti olaraq qadağan etmək qərarına gəldiklərini deyib.
Qeyd edək ki, İndoneziya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 34 ştatından 31-də virusa yoluxma qeydə alıb. Ümumulikdə ölkədə 528 nəfər virusa yoluxb ki, onlardan 136-sı dünyasını dəyişib.