“Sizin xoşbəxtliyiniz və ölkənizin rifahı üçün ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”
Yaponiya İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi, Sizin xoşbəxtliyiniz və ölkənizin rifahı üçün ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.