İlham Əliyev və Putin arasında telefon danışığı olub

Siyasət

27.02.2022 - 09:41

Azərbaycan və Rusiya prezidentləri Ukrayna barədə müzakirə aparıb

Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş