Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməyə başlayıb.
AYNA Secki-2020.az saytına istinadən xəbər verir ki, 32 AŞPA üzvündən ibarət müşahidə missiyasına almaniyalı deputat Frank Şvabe rəhbərlik edir. O, daha əvvəl 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı seçki məntəqəsinin açılışı və səsvermənin başlanması ilə tanış olub.
Qeyd edək ki, AŞPA, ATƏT/DTİHB və ATƏT PA-nın müşahidəçilərinin birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.