YAP sədrinin müavini: “Gənclərdən ibarət deputat korpusu formalaşdırmaq istəyirik”

Siyasət

28.11.2019 - 16:18

Əli Əhmədov: “Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”

 

“YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”.

 

AYNA xəbər verir ki, bu açıqlamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bu gün gün keçirilən mətbuat konfransında verib. O deyib ki, hakim partiya vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir: “YAP Prezident İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”.

Ayna.az