Qarabağ üçün arzuolunmaz plan və ya “qızıl ordu” yeni qiyafədə

Siyasət

09.12.2019 - 20:01

Rusiya əsgərləri bölgəyə daxil olsalar, bir daha oradan çıxmayacaqlar

 

Dekabrın 4-də Bratislavada, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü baş tutdu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3,5 saatdan çox davam etdi.

 

Danışıqlardan sonra tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti ilin əvvəlində görüş keçirmək barədə razılığa gəldilər. "Nazirlər danışıqları davam etdirməyə və gələn ilin əvvəlində daha bir görüş keçirməyə razı oldular", - deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirildi.

 

Lakin görüşdən sonra Zöhrab Mnatsakanyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin münaqişənin həlli üçün danışıqlara daxil edilməsini istədi. Erməni tərəfinin fikrincə, “bu, həll prosesini daha mənalı edəcək”. Həmçinin Ermənistan Xarici İşlər Nazirliyi tərəflər arasında qarşılıqlı etimadın artırılmasının vacibliyini açıqladı.

Nicat Hacıyev