İlqar Məmmədov bəraət aldı

Siyasət

23.04.2020 - 11:28

Onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib

 

Ali Məhkəmənin bu gün keçirilən Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun işi üzrə şikayətə baxılıb. AYNA xəbər verir ki, iclasda qərar verilib, nəticədə İlqar Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşlarda təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.

 

Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı dəyişdirərək, şərti cəzanı ləğv edib.

Müəllif: Ayna.az