İlham Əliyev Danimarkaya işgüzar səfər edib

Xəbərlər

01.10.2025 - 19:24

Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.

AYNA.AZ xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş