İrandan Azərbaycana keçən şəxsin niyyəti baş tutmayıb

Hadisə

01.07.2019 - 14:51

Yuyucu tozun içərisində narkotik vasitə keçirmək istədi, lakin yaxalandı

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

 

Nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az