Əli Kərimli polis tərəfindən saxlanılıb

Xəbərlər

28.06.2019 - 13:14

Azərbaycan Xalq Cəbhəsi (AXC) Partiyasının sədri Əli Kərimli polis tərəfindən saxlanılıb. 

 

AYNA xəbər verir ki, bu barədə Ə.Kərimlinin müavini Fuad Qəhrəmanlı öz "Facebook" səhifəsində məlumat verib.

 

"Əli Kərimlini Müsavat qərargahında polis həbs edib nəmalum istiqamətə apardı" - deyə AXC sədrinin müavini yazıb.

 

F.Qəhrəmanlı AYNA-ya açıqlamasında bildirib ki, Ə.Kərimlinin hansı səbəbdən polis tərəfindən aparılması barədə xəbərsizdirlər: "Heç nə bilmirik, hələ ki, heç nə deyilməyib". 

Müəllif: Ayna.az