İlham Əliyev Azərbaycan paralimpiyaçılarının qələbəsi münasibətilə növbəti paylaşım edib

Xəbərlər

28.08.2021 - 16:05

Dövlət başçısı sosial şəbəkə səhifəsində təbrik paylaşımı edib 

 

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançıları ilə bağlı növbəti paylaşım edib.

 

AYNA xəbər verir ki, dövlət başçısının "Twitter" hesabında bununla bağlı paylaşımında deyilir:

 

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"

 
Müəllif: Ayna.az