Şadkam körpənin xəstəxanada nəzarət altında olduğunu söyləyib
İranda 2 həftəlik körpədə koronavirus aşkar edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb.
Agentliyinin verdiyi xəbərə görə, Yəzd əyalətində yerləşən Şəhid Saduki adına Səhiyyə Elmləri Universitetinin rektor müavini Mahmud Nuri Şadkam universitetin xsətəxanasanda doğuş edən və xəstəlik simptomları olan qadının körpəsində də Covid-19 olduğunu açıqlayıb.
"Bunun körpəyə mənfi təsir edəcəyini düşünmürdük. Amma testlərdən sonra körpənin də koronavirusa yoluxduğunu gördük”, - deyə o bildirib.
Şadkam körpənin xəstəxanada nəzarət altında olduğunu söyləyib.