İdmançımız Avropa Oyunlarında qızıl medal qazanıb

İdman

02.07.2023 - 15:13

Bu gün Krakov-2023 III Avropa Oyunlarına yekun vurulacaq

Bu gün Krakov-2023 III Avropa Oyunlarına yekun vurulacaq. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, Polşadakı multi-idman tədbirinin son günündə kikboksinq yarışlarının final döyüşləri keçirilir.

Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov da həlledici qarşılaşmaya çıxıb. Kişilərin full kontakt növündə çıxış edən idmançımız 63,5 kq çəkidə Damiano Tramontana (İtaliya) ilə üz-üzə gəlib.

İdmançımız 3:0 hesablı qələbə qazanıb. Bununla da çempion tituluna sahib çıxan Fərid yığmamıza 3-cü qızıl medal qazandırıb.

Qeyd edək ki, kikboksinq yığmamız Polşaya iki idmançı ilə yollanıb. Digər təmsilçimiz Elşad Şahbazov (86 kq) ilk döyüşdə uduzaraq mübarizəni 1/4 finalda dayandırıb.

Müəllif: Ayna.az