Şevçenko Ukrayna millisini çalışdırmaqda davam edəcək

İdman

08.06.2020 - 02:05

Baş məşqçi ilə müqavilənin müddəti uzadılır

 

Ukrayna futbol millisinin baş məşqçisi Andrey Şevçenkonun yığmadakı taleyinə aydınlıq gəlib. AYNA xəbər verir ki, yerli federasiya Şevçenko ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.

 

Yeni müqavilənin 2,5 illik nəzərdə tutulduğu qeyd edilir.

 

Xatırladaq ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır.

Müəllif: Ayna.az