Azərbaycanın veteran futbolçusu vəfat edib

İdman

21.07.2021 - 12:46

Müzəffər Qasımov 80 yaşında Gəncədə dünyasını dəyişib

 

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov vəfat edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, o, 80 yaşında Gəncədə dünyasını dəyişib.

 

M. Qasımov bu gün dəfn olunacaq.

 

Qeyd edək ki, Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Onun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

Müəllif: Ayna.az