Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi

İdman

14.04.2021 - 02:52

Nazirlər Kabineti yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkili barədə qərar verib 

 

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.

 

Azərbaycan Gimnastika Federasiyasından AYNA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib.

 

Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21 - 23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27 - 29 may).

 

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az