İctimai nəqliyyatdan istifadə edənlərin diqqətinə!

Xəbərlər

08.11.2019 - 13:43

Marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək

 

Noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Müəllif: Ayna.az