Horovlu kəndinə növbəti köç olub

Xəbərlər

27.11.2025 - 16:44

Daha 38 ailəyə açarlar təqdim edilib

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb. AYNA.AZ xəbər verir ki, Horovlu kəndinə bu gün 38 ailə - 139 nəfər köçürülüb.

Sakinlərə evlərin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş