Şəxsiyyət vəsiqələrinin verilməsi asanlaşdı

Xəbərlər

01.11.2019 - 12:28

Bu gündən şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir

 

Bu gündən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir.

 

AYNA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı əmr bu gündən etibarən qüvvəyə minib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşları elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə