Hava hücumundan müdafiə bölmələrimiz hədəfləri məhv edib - <font color=red> VİDEO</font>

Xəbərlər

23.08.2019 - 15:21

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib

 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun birliklərinin hava hücumundan müdafiə bölmələri döyüş atışlarını yerinə yetirib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

 

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.

 

Müəllif: Ayna.az