Hörmüz boğazında böhran davam edir

Dünya

29.06.2026 - 12:41

Dəniz daşımalarının bərpası aylarla çəkəcək

“İran və ABŞ arasında atəşkəs qüvvədə olsa belə Hörmüz boğazı ilə vacib dəniz yolu daşımalarının müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla çəkəcək.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bunu Yaponiyanın "NYK Line" gəmiçilik şirkətinin baş direktoru Takaya Soqa Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

“Gəmiçilik üçün mövcud marşrutlar son dərəcə məhduddur: onlar çox dar dəhlizlərdir. Biz hələ də Hörmüz boğazının bağlanmasından əvvəlki vəziyyətə qayıtmaqdan uzaqıq.” – deyə Soqa qeyd edib.

Qəzetin izah etdiyi kimi, gəmilər yalnız iki marşrutla hərəkət edə bilər: İranın Larak adası yaxınlığında və Oman sahili boyunca. Məqalədə deyilir ki, Hörmüz boğazında 80-ə qədər mina qala bilər.

NYK Line şirkətinin baş direktoru izah edib ki, gəmilər boğaza maneəsiz daxil olub çıxa bilsələr belə, daşıma həcmləri bir müddət normal səviyyənin yarısından az olacaq.

28 fevralda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəldi. Qlobal neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i Hörmüz boğazından nəql olunur.

İyunun ortalarında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağıran anlaşma memorandumu imzalayıb. 21-22 iyun tarixlərində Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok kurortunda memorandumun həyata keçirilməsi ilə bağlı ABŞ-İran danışıqları keçirilib. Pakistan və Qətərin danışıqların birinci mərhələsindən sonra verdiyi birgə bəyanatda qeyd edildiyi kimi, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçdi və gələcək texniki məsləhətləşmələr üçün təməlin yaradılması da daxil olmaqla ümidverici irəliləyiş əldə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş