Hizbullahın iki komandiri öldürülüb

Dünya

23.04.2024 - 16:47

İsrail ordusu Livana endirilən zərbələrin nəticəsini açıqlayıb

İsrail ordusu Livandakı radikal Hizbullah hərəkatının iki komandirinin öldürüldüyünü açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu gün səhər saatlarında Livanın cənubuna endirilən raket zərbəsi nəticəsində hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

“Hüseyn Əli Azkulun öldürülməsi Hizbullahın hava hücumundan müdafiə qüvvələrinin imkanlarına ciddi ziyan vurur. Bununla yanaşı, ötən gecə Arzun bölgəsində hərəkatın xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olan Məhəmməd Xəlil Atiyan da zərərsizləşdirilib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az