Hindistanda xəstəxanada baş verən yanğın zamanı 10 uşaq ölüb

Dünya

09.01.2021 - 19:48

Körpələrin ölüm səbəbinin tüstüdən boğulma olduğu deyilib

 

Hindistanın Maharaştra şəhərindəki bir xəstəxanada baş verən yanğında 10 körpənin öldüyü bildirilir.
 
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Maharaştra şəhərindəki Bhandara Ümumi Xəstəxanasının doğum şöbəsində yanğın baş verib. Yanğında 17 yeni doğulmuş körpənin olduğu bölmə yararsız hala düşüb.
 
Yanğında 10 yeni doğulmuş körpənin həyatını itirdiyi, 7 körpənin isə xilas edildiyi deyilib. Xəstəxana rəhbərliyinin verdiyi açıqlamada hadisənin dünən gecə yerli vaxtla saat 02:00-da baş verdiyi bildirilib. Körpələrin ölüm səbəbinin boğulma olduğu deyilib. Bununla yanaşı, xəstəxana rəhbərliyi yanğının səbəbinin araşdırıldığını söyləyib.
 
Hindistan Baş naziri Narendra Modi açıqlamasında yaralıların tez bir zamanda sağalmasını diləyib, körpələrini itirən ailələrə baş sağlığı verib.
Müəllif: Ayna.az