Hindistanda sel qurbanlarının sayı 42 nəfərə çatıb

Dünya

07.10.2023 - 16:29

cedabet dərman SEO Xidməti

Təbii fəlakət nəticəsində 142 nəfər itkin düşüb

Hindistanın şimalındakı Sikkim ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb.

Bu barədə AYNA xarici mətbuata istinadən xəbər verir.

Hökumət rəsmilərinin açıqlamasına görə, Sikkimdə 20, Qərbi Benqal ştatında isə 22 meyiti aşkarlayıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 42 nəfərə çatıb.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin intensiv axtarışları davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş