Hindistan əhalisinə evdən çölə çıxmaq qadağan edilib

Dünya

25.03.2020 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Hökumətin 21 gün ərzində evdən çıxmamaq qadağası insanların etirazına səbəb olub

 

Hindistanın Baş Naziri Narendra Modi ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün insanların evdən çıxmasına sərt qadağa qoyulduğunu bəyan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, başqa ölkələrdən fərqli burada fövqəladə vəziyyətdə daha sərt qaydalar tətbiq olunur.

 

Lakin 21 gün ərzində evdən çıxmamaq qadağası insanların etirazına səbəb olub. Qıtlıq qorxusu ilə vətəndaşlar marketlərə axışıblar. İzdiham paytaxt Yeni Dehli ilə yanaşı, bir çox şəhərlərdə də yaşanıb. İnsanlar ərzaq və digər zəruri əşyaları almaq üçün nə vaxt icazə veriləcəyini bilmədiklərindən bu addımı atıblar.

 

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanda qısa müddətdə 519 virusa yoluxma halı, 10 nəfərin isə ölümü qeydə alınıb. Dünyada isə 400 000-ə yaxın insan virusla xəstələnib, ümumilikdə isə 17 minə yaxın insan ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş