Rəfah əyalətindəki Bəşit düşərgəsinə endirilən hava zərbəsi nəticəsində Rafat Əbu Hilal ölüb
İsrail Qəzza zolağının cənubundakı Rəfah əyalətindəki Bəşit düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın yüksək rütbəli komandiri Rafat Əbu Hilalı öldürüb. AYNA xəbər verir ki, bu barədə Fələstinin “Donia Əl-Vatan” qəzeti məlumat yayıb.
“Bomba çoxlu sayda fələstinlinin ölümünə səbəb olub. İtkin düşənlər və yaralananlar var”, - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl İsrail ordusu terrorçu kimi tanınan radikal İslami Cihad hərəkatının komanda məntəqəsinə zərbə endirdiyini bəyan edib. Bundan əlavə, pilotsuz təyyarələr HƏMAS-ın raket sistemlərinin komanda mərkəzinə hücum edib.
Xatırladaq ki, bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin qırıcıları Fələstinin Həmas qruplaşmasının üç operativ komanda mərkəzinə zərbələr endirib.