Rusiya Səhiyyə Nazirliyi faktı təsdiqləyib
Rusiyanın Ussuriysk şəhərində həkim qucağında körpəsi olan qadını döyüb. Oxu.az vesti.ru-ya istinadən xəbər verir ki, hadisə belə baş verib:
Ana diş ağrısından iki gün heç nə yeməyən uşağı ilə xəstəxanaya gəlib. Qeydiyyat bölməsində qadına onu qəbul edəcək stomatoloqun otağını göstəriblər. Lakin həmin həkim heç bir səbəb bildirmədən uşağı müalicə etməkdən imtina edib.
Bu zaman qadın imtinanı yazılı surətdə bildirməsini istəsə də, həkim etiraz edib və bu hadisəni telefonun kamerasına çəkən qadını döyüb. O, qucağında üç yaşlı uşaq olan qadının başına zərbə endirib və barmaqlarını sındırıb.
Səhiyyə Nazirliyi faktı təsdiqləyib.