Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama

Cəmiyyət

26.07.2021 - 18:49

Şahmar Mövsümov həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı danışıb

 

“Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”.

 

AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

 

Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil: “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş