Finlandiya ehtiyatda olan hərbçilərin çağırış yaşını 65-ə qaldırmaq istəyir

Dünya

15.05.2025 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Yüksək rütbəli zabitlər xidmətə yararlı olduqları müddətcə ehtiyatda qalacaqlar

Finlandiya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin çağırış yaşı həddinin 65-ə qaldırılması ilə bağlı təklif hazırlayıb. AYNA.AZ “Eurointegration.com.ua”ya istinadən xəbər verir ki, yuxarı yaş həddinin artırılması 1966-cı il və daha sonra anadan olmuş bütün çağırışçılara şamil ediləcək: sıravi əsgərlərə, kiçik komandirlərə və zabitlərə.

Yüksək rütbəli zabitlər xidmətə yararlı olduqları müddətcə ehtiyatda qalacaqlar.

Beşillik keçid dövründə 60 yaşı tamam olanlar 5 il daha hərbi xidməti davam etdirəcəyindən ehtiyatda olanların sayı 125 min nəfər artacaq.

"Finlandiyanın müdafiəsi ümumi hərbi xidmətə, təlim keçmiş ehtiyat qüvvəyə və yüksək vətənpərvərliyə əsaslanır. Ehtiyatda olan hərbçilərin yaş həddinin artırılması daha çox insanın ölkənin müdafiəsində iştirak etməsinə imkan verəcək və beləliklə, Finlandiyanın müdafiəsini gücləndirəcək. Ehtiyatın gücləndirilməsi Finlandiyanın təhlükəsizliyini artırır”, - müdafiə naziri Antti Hakkanen deyib.

Nazirlikdən qeyd edilib ki, kadr, dəstək və təlim tapşırıqlarını yerinə yetirmək üçün ehtiyatda olan hərbçilər lazımdır.

Təklif Hərbi Xidmət Komitəsinin tövsiyələrinə və Hökumətin proqramına əsaslanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş