Rəsmi Moskva İstanbul danışıqlarının təxirə salınmasının səbəbini açıqlayıb

Dünya

15.05.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Mariya Zaxarova: “Danışıqlar Türkiyəyə görə günün ikinci yarısına qədər təxirə salınıb”

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək danışıqlar Türkiyənin təşəbbüsü ilə günün ikinci yarısına qədər təxirə salınıb. AYNA.AZ “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Nümayəndə heyətimiz İstanbuldadır, tərkibi məlumdur və bu barədə Kreml tərəfindən müvafiq məlumat dərc olunub. Türkiyənin təşəbbüsü ilə danışıqlar günün ikinci yarısınadək təxirə salınıb", - Zaxarova bildirib.

Daha əvvəl məlum olub ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nahardan sonra başlanması gözlənilir.

TASS agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, İstanbulda Ukrayna üzrə danışıqların Moskva vaxtı ilə səhər saat 10 radələrində başlaması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş