Zirehli maşınlar insanların sıx olduğu yerlərdə növbə çəkir
Türkiyə bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib. AYNA.AZ "İzvestiya"ya istinadən bildirir ki, "İstanbulda onsuz da təhlükəsizlik tədbirlərinə çox ciddi yanaşılır, lakin bu dəfə daha da tədbirlər gücləndirilib”.
Qeyd olunub ki, zirehli maşınlar insanların sıx olduğu yerlərdə növbə çəkir.
Məlumata görə, şəhər küçələrində polis maşınları ilə yanaşı, zirehli texnikalar yerləşdirilib. Bu tədbirlər danışıqlar zamanı təhlükəsizliyin təmin edilməsinə yönəlib.