Ukraynalı qadın idmançı Mübariz İbrahimovun müdafiəsinə qalxdı

Cəmiyyət

15.08.2019 - 16:31

Mariya Stadnik: “Təəssüflər olsun  ki, Azərbaycanda Mübariz İbrahimovu “cinayətkar” adlandıran vicdansız insanlar var”

 

Güləş üzrə dünya və Avropa çempionu, olimpiya mükafatçısı, əslən ukraynalı olan, Azərbaycan yığmasının üzvü Mariya Stadnik sosial şəbəkədə maraqlı paylaşım edib. İdmançı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini və onun haqqında fikirlərini bölüşüb.

 

“Fotoda gördüyünüz şəxs Azərbaycanın igid oğlu Mübariz İbrahimovdur. Mübariz İbrahimov ermənilərlə müharibə zamanı qəhrəmancasına həlak olub. İnternetdə araşdırma apardım. Təəssüflər olsun  ki, Azərbaycanda Mübariz İbrahimovu “cinayətkar” adlandıran vicdansız insanlar da var. Allah Mübariz İbrahimova rəhmət eləsin!”, - deyə Stadnik yazıb.

Xatırladaq ki, Mübariz İbrahimov 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.18 iyun 2010-cu il gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib.

 

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Müəllif: Ayna.az