Atam “elçilərimə” 11 yaşım olduğunu dedi, hələ də bilmirəm, niyə...

Cəmiyyət

02.08.2019 - 13:23

Analar, yalvarıram, rica edirəm, həyatınızı, yaşamınızı balalarınıza qurban verin

 

Ay analar, vallah da, billah da təpədən dırnağa kimi yanıram. Mən də anayam axı, özü də qız anası.

 

Elina özünü məktəbin pəncərəsindən atanda da, Gülər boğazına o ipi taxıb boğanda da ilk düşündüyüm bir şey vardı: ana hara baxırdı, ana hansı cəhənnəmdə idi?! Ana indi yanırmı, görəsən?!

 

Bir hadisə olan kimi deyirik ki, “cəmiyyətdir günahkar”. Cəmiyyəti də günahlarla dolduran elə özümüzük. Sənsən, odu, mənəm.

 

Bəlkə də bu yazımdan sonra bütün cəmiyyət üstümə qılıncla gələcək, mənsə öz qalxanımla sizə qarşı çıxmağa hazıram. Hazıram, ta ki cəmiyyətimizi günahlarla dolduran Elina və Gülərin anası kimilərinə yanğımı çatdırana qədər.

 

Elina özünü atanda hamı dedi, “məktəbdir günahkar”. Bir nəfər demədi ki, o körpə qız özünü atana kimi həyatında nələr olub. Nələr olub ki, o körpə intihar etmək qərarını alıb. Ana atadan ayrılır, ata özünə yeni arvad, ana isə özünə yeni ər tapır. Elina necə olur bəs?! Həmin ana və atanın özləri üçün yaratdığı həyat Elinanın darmadağın olmuş həyatı üzərində qurulur.

Ülviyyə Şahin