Hazırda Əfqanıstanda mülki Azərbaycan vətəndaşları yoxdur - <font color=red> RƏSMİ</font>

Xəbərlər

16.08.2021 - 12:37

Leyla Abdullayeva: "Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib”

 

“Əfqanıstanda hazırda mülki Azərbaycan vətəndaşları yoxdur”. AYNA xəbər verir ki, bu sözləri APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

 

"Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki Azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir", - deyə Azərbaycan XİN sözçüsü əlavə edib.

Müəllif: Ayna.az