Yağış yağacaq, dolu düşəcək
Avqustun 20-si gündüz saatlarında, əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. AYNA bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.