Güclü külək Bakıda fəsadlar törədib

Hadisə

11.08.2019 - 19:15

Müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb

 

Əsən güclü külək nəticəsində Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.

 

FHN-dən Trend-ə daxil olan məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.

Müəllif: Ayna.az