Dəmiryolu vağzalında iki vaqon yanır

Hadisə

21.07.2019 - 16:25

Hazırda yanğınsöndürmə işləri davam etdirilir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az