Qəbələdə yanğın həyəcanı

Hadisə

18.06.2019 - 12:54

Qəbələ rayonunun Kiçik Əmili kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3,5 ton ot bağlamasının 1 tonu yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az