Harris senator vəzifəsindən getdi

Dünya

19.01.2021 - 15:59

O, sabah ABŞ-ın vitse-prezidentliyi postuna and içəcək

 

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris Ağ evdə ikinci sima qismində and içməzdən əvvəl Birləşmiş Ştatların Kaliforniya ştatını təmsil edən senatoru vəzifəsindən getmək barədə bazar ertəsi istefa ərizəsi verib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Harris ABŞ vitse-prezidenti olmaq üçün Ağ evin yeni seçilmiş başçısı Co Baydenlə birgə yanvarın 20-də təşkil olunacaq 59-cu Prezident inauqurasiyasında and içəcək.

 

Harris Kaliforniya qubernatoruna ünvanlandığı məktubunda qeyd edib ki, səsvermə zamanı Konstitusiya qarşısında borcunu yerinə yetirməkdən ötrü o, yorulmadan işləmək niyyətindədir.

 

Qeyd edək ki, Harris 2017-ci ildən ABŞ senatorudur. O, ABŞ vitse-prezidenti postuna seçilmiş ilk qadındır.

Müəllif: Ayna.az