Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
“Liviyanın qanunsuz silahlı birləşmələrinin lideri Xəlifə Haftar bu ölkədə atəşkəs rejiminin pozulmasında məsuliyyət daşıyır”.
AYNA “Report”a istinadən xəbər verir ki, bunu Əlcəzairdən Qambiyaya qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Moskvada olduğu kimi Berlində də danışıqlardan qaçan Haftar atəşkəs rejimini pozur. Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Haftar "Liviyada çox pis hərəkətlər" edir və Ankarada onun addımlarını izləyirlər.
Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara (Liviyada vəziyyətin yaxşılaşması üçün) təşəbbüslərini davam etdirəcək.