Liviyanın bir sıra şəhərləri Haftarın nəzarəti altındadır
Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.
Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.
Qeyd edək ki, Xəlifə Haftarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.