Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər edilir

Dünya

31.08.2020 - 08:32

Həkimlər Klinikalar SEO Xidməti

Qanun layihəsi bu gün qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılır

 

Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək. AYNA-nın qonşu ölkə mətbuatına istinadən məlumatına görə, dəyişikliklər oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərində majoritar qaydada iştirak edəcək namizədlər üçün ikinci turun təşkili ilə bağlıdır.

 

Parlamentə təqdim olunan qanun layihəsi bu gün qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılır. Dəyişikliyə əsasən, seçkilərin nəticələri ilə əlaqədar zərurət yarandıqda səsvermənin ikinci turu əvvəlki kimi, 25 gündən sonra deyil, ilk səsvermədən sonrakı üçüncü həftənin şənbə günü keçiriləcək.

 

İkinci tur isə birinci turda 50 faizdən az, lakin namizədlər arasında ən yaxşı nəticə göstərən iki şəxs arasında keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş