Gürcüstanın Nazirlər Kabineti istefaya gedib

Dünya

11.12.2020 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Parlamentin yeni hökuməti təsdiqləmək üçün 2 həftə vaxtı var

 

Gürcüstanın Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. AYNA gürcü mediasına istinadən bildirir ki, Baş nazir və Nazirlər Kabineti bir müddət icraedici orqan kimi fəaliyyət göstərəcək.

 

Gürcüstan Konstitusiyasına görə, parlamentinin yeni hökuməti təsdiqləmək üçün iki həftə vaxtı var. Bu mümkün olmazsa, Prezident qanunverici orqanı buraxacaq və erkən parlament seçkiləri təyin edəcək.

 

İlkin məlumatlara görə, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Baş nazir vəzifəsinə 2019-cu ilin sentyabrından Nazirlər Kabinetinə rəhbərlik edən Giorgi Qaxariyanın namizədliyini yenidən irəli sürmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş