Gürcüstan Parlamentində David Serqenkonun mandatı ilə bağlı layihəyə baxılıb
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının deputatı, keçmiş səhiyyə naziri David Serqenkonun mandatından məhrum edilməsi ilə bağlı parlamentin qərar layihəsinə baxılıb. AYNA xəbər verir ki, iclasda Serqenkonun Gürcüstan Parlamentin son iclaslarının yarıdan çoxuna üzrsüz səbəbdən iştirak etmədiyi üçün onun mandatından məhrum edilməsi məsələsi qaldırılıb.
Keçmiş səhiyyə nazirinin mandatının ləğvinin lehinə cəmi 2 deputat, əleyhinə isə 12 deputat səs verib. Beləliklə, Serqeeko Gürcüstan Parlamentinin deputatı olaraq fəaliyyətinə davam edəcək.