Kansler Şolts aprelin 12-də Kobaxidzeni qəbul edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyaya səfər edərək kansler Olaf Şolts ilə görüşəcək.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə federal kanslerin ofisinin məlumatında bildirilib.
Qeyd olunub ki, kansler Şolts aprelin 12-də Kobaxidzeni qəbul edəcək. Görüşdə ikitərəfli münasibətlərin, iqtisadi əməkdaşlığın, təhlükəsizlik siyasətinin müzakirə olunacağı qeyd edilib.