Gürcüstanda koronavirus daşıyıcılarının sayı 49-a çatıb
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı daha bir hal təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.
Bununla koronavirus daşıyıcılarının sayı 49-a çatıb. Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanlardan biri tam sağalıb.