Ölkədə koronavirusa yoluxanların sayı 1 596-ya yüksəlib
Gürcüstanda son sutka ərzində daha 28 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 596-ya yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 294 nəfər sağalıb. Ölkədə 283 aktiv koronavirus xəstəsi var.