Qonşu ölkədə zəlzələ olub
Bu gün Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 14:52-də qeydə alınmış yeraltı təkanların episentri Dmanisidən 16 kilometr qərbdə, Məmişlər kəndi yaxınlığında olub.
Dağıntı barədə hələlik məlumat yoxdur.