Gürcüstan Prezidenti müxalifətə çağırış edib

Dünya

27.05.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Salome Zurabişvili müxalifət qüvvələrini gələcək islahatlar xartiyasını imzalamağa dəvət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət qüvvələrini növbədənkənar parlament seçkilərində qalib gəldikləri təqdirdə həyata keçirilməli olan islahatlar xartiyasını imzalamağa dəvət edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zurabişvilinin sözlərinə görə, o, müxalif siyasi partiyaların birləşməyə dəvət olunduğu gələcək planı təqdim etmək qərarına gəlib: “Bu planın həyata keçirilməsi təkcə Avropaya inteqrasiya üçün deyil, həm də Gürcüstanda demokratiya və ədalətli dövlətin qurulması üçün məcburidir”.

Prezident “Xarici agentlər” haqqında qanunun ləğvi, amnistiya elan edilməsi, məhkəmələrdə və Daxili İşlər Nazirliyində islahatların aparılmasının tərəfdarı olduğunu bildirib.

Zurabişvili vurğulayıb ki, nizamnamə müxalifətin seçkilər zamanı vahid seçki blokunda birləşmək öhdəliyini nəzərdə tutmur.

Gürcüstanın dövlət başçısı bəyan edib ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesini tez bir zamanda bərpa etmək üçün tərtib etdiyi planı Aİ strukturlarına təqdim edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş